Radiasiyanın xaraba qoyduğu Fukusimadan dəhşətli FOTOLAR
Bizi izləyin

Dünya

Radiasiyanın xaraba qoyduğu Fukusimadan dəhşətli FOTOLAR

İnanmaq çətindir ki, bu şəhərdə nə vaxtsa insan yaşayıb. Yüz minlərlə insanın yaşadığı Fukusima şəhəri hazırda qorxunc xarabalığa çevrilib və tərk edilib. Atom qəzasından sonra hələ də bəzi ərazilərə yaxınlaşmaq təhlükəli hesab olunur.

Qəzadan 4 il sonra 20 kilometr radiusda təcrid zonası elan edilib, 160 min insan evakuasiya edilib. Onlardan 120 min nəfəri təhlükə qaldığına görə hələ də yaşadıqları evlərə qayıda bilmir.

Ötən ay polyak fotoqraf Arkadiuş Podnesinski Fukusimanı ziyarət edib və atom qəzasının xarabalığa çevirdiyi şəhəri öz gözləri ilə görüb. Hazırda ərazidə 20 min insan işləyir, bəzi rayonların sakinlərinin qayıda bilməsi üçün şəhər və kəndləri təmizləyirlər. Qızmızı və narıncı ərazi hesab olunan hissələrə fotoqraf da buraxılmayıb.

Qeyd edək ki, 2011-ci ildə Yaponiyada zəlzələdən zərər çəkmiş “Fukusima-1” atom elektrik stansiyasında partlayış baş verib. Fukusima şəhərində partlayış nəticəsində nüvə reaktorunun bloklarından birinin çöl divarı dağılıb, ətrafda radiasiya fonu artıb.

Publika.az şəhərin xarabalıqlarından fotoları təqdim edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm