• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Çernobıl meşələri alimləri şoka saldı - FOTO

  • Dünya
  • 14 Oktyabr 2015 02:18
  • 2 008 Baxış
Çernobıl meşələri alimləri şoka saldı - FOTO

Çernobıl meşələrində alimlərin rastlaşdığı mənzərə bütün dünyanı şoka salıb. Ukrayna mətbuatının məlumatına görə, vəhşi təbiətin araşdırılması yönündə həyata keçirilən layihənin məqsədi zərər görmüş ərazilərdə hansı heyvaların məskən salmasını öyrənməkdir.

Publika.az bu ölkənin KİV-nə istinadən xəbər verir ki, Çernobıl AES-in təcrid zonasından fərqli olaraq insanlar heyvanlar üçün daha təhlükəli hesab edilir. Vəhşi heyvanların populyasiyası son 30 ildə burada kəllə-çarxa çıxıb. İndi bu ərazilərdə sığın, maral, cüyür, vəhşi qaban, tülkü və canavar əlindən tərpənmək mümkün deyil.

Təqdiqatçılar vəhşi heyvanların populyasiyasını radiasiya ilə deyil, buralara neçə illər insan ayağının dəyməməsi ilə izah edirlər.

Britaniyanın “Current Biology” jurnalında dərc edilən məruzədə tədqiqatçıların vertolyot vasitəsilə qarda heyvanların izlərini təsbit etdikləri qeyd olunur.

Məlum olub ki, başıboş ərazilərə hətta Avropa vaşaqı kimi nadir heyvanlar da geri dönüb. Onlar həmçinin bir əsr bu ərazidə gözə dəyməyən Avropa ağ ayısının da izlərini tapıblar.

Portsmunt Universitetinin professoru Cim Smitin sözlərinə görə, qəza ətraf mühitə o qədər də ziyan vurmayıb. “Atom stansiyasının partlamasından sonra burada təbii qoruq yaranıb. Biz radiasiyanın heyvanlar üçün heç də yaxşı bir şey olduğu fikrinin tərəfdarı deyilik. Amma insanlar və landşaftın istismarı bundan daha betərdir” – deyən alim sözlərini belə bitirib.

Ötən ilin noyabr ayında, tədqiqatçılar populyasiyanın artımını müşahidə etmək üçün Ukrayna tərəfində 42 kameralar quraşdırıblar.

Dekabr ayında hazırlanmış illik layihəyə nəsli kəsilməkdə olan növlərin, habelə nadir zubr, ayı və at cinslərinin təsvirləri daxil edilib.

Sevinc

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR