İŞİD Türkiyə sərhədində minalar yerləşdirir
Bizi izləyin

Dünya

İŞİD Türkiyə sərhədində minalar yerləşdirir

İŞİD terror təşkilatı Türkiyə-Suriya sərhədində minalar yerləşdirir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terror təşkilatının bir qrup üzvü Türkiyənin Qaziantep vilayətinin Karkamış mahalının qarşısında yerləşən Suriyanın Hələb vilayətinin Cerablus mahalında mina döşəyərkən görünüb.

Mobil telefonla çəkilən görüntülərə görə, İŞİD-in 9 üzvü Türkiyə-Suriya sərhədinə yaxın əraziyə gəlib. Onlardan 2-si qadın olub.

Mina döşəyən İŞİD üzvləri bir müddət sonar ərazidən uzaqlaşıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm