“Bomba Ankarada partlayacaq!.." - 2 nəfər saxlanıldı
Bizi izləyin

Dünya

“Bomba Ankarada partlayacaq!.." - 2 nəfər saxlanıldı

Ankaradakı qanlı terror hücumu ilə əlaqədar “Twitter” hesabında mesaj yazan 3 nəfərdən 2-si saxlanılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılanların hər ikisi PKK terror təşkilatının üzvləridir.

Ankaradakı terror hücumundan 9 saat əvvəl “@DrBereday” adlı “Twitter” hesabından “bomba Ankarada partlayacaq!.." və “İŞİD Ankarada partlatmasın?!” şəklində mesajlar yazılıb. İyunun 6-dan fəaliyyətdə olan “Twitter” hesabı terror hücumunun baş verdiyi oktyabrın 10-da bağlanılıb.

Saxlanılan iki şəxsdən biri - Erhan Ö.-nin 1971-ci ildə Diyarbəkirdə doğulduğu, 1990-cı illərdə PKK-nın həyata keçirdiyi bir çox terror aktına qatıldığı, ən azı 2 dəfə saxlanıldığı müəyyənləşdirilib.

Mehmet S. P. isə 1980-ci ildə Suruçda doğulub. Onun 1997-ci ildən etibarən Şanlıurfa və Diyarbəkirdə PKK-nın terror aktlarına qatıldığı, terror təşkilatının qeyri-qanuni internet saytlarında başqa imzalarla yazılar dərc etdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm