Dünya
Kremlə şok: ABŞ Medvedevi qəbul etmədi

“ABŞ Rusiyanın baş naziri Dmitri Medvedevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməkdən imtina edib”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.
Lavrovun sözlərinə görə, Rusiya tərəfi Suriyada terrorizmlə mübarizə üzrə koordinasiya məsələlərini müzakirə etməyi planlaşdırırdı.
“Bizə Birləşmiş Ştatlardan cavab verilib ki, nümayəndə heyətini Moskvaya göndərə, həmçinin Rusiyanın nümayəndə heyətini Vaşinqtonda qəbul edə bilmirlər”, - xarici işlər naziri Dövlət Dumasında çıxışında qeyd edib.
Dünən Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva Suriya münaqişəsinin nizama salınması üçün ABŞ-a yüksək səviyyədə danışıqlar aparmağı təklif edib: “Mən dedim ki, böyük nümayəndə heyətini müzakirələr üçün Vaşinqtona göndərə bilərik. Amma hələ cavab yoxdur. Biz hesab edirik ki, Rusiya hökumətinin sədri Dmitri Medvedevin başçılıq edəcəyi nümayəndə heyəti müzakirələr apara bilər”, - dövlət başçısı vurğulayıb.
Putinin sözlərinə görə, nümayəndə heyətinin tərkibinə Baş qərargah rəisinin müavini, həmçinin xüsusi xidmət orqanlarının nümayəndələri daxil ola bilər.
Ömər Dağlı

-
MDB01:59
Ruslar Xarkovu atəşə tutdu: ölənlər və yaralananlar var
-
MDB00:13
Rusiyadan Krımla bağlı təcili addım...
-
Rəsmi xronika17 Avqust 23:39
İlham Əliyev: “Müslüm həmişə bizimlədir”
-
Avropa17 Avqust 21:09
Serbiya Kosovoda hərbi əməliyyat keçirəcək? - Vuçiç ELAN ETDİ
-
Elm və təhsil17 Avqust 19:37
Bağçalara işə qəbul üzrə test imtahanı BU TARİXDƏ keçiriləcək
-
Sosial17 Avqust 19:16
Sabah bu rayonlarda qaz olmayacaq
-
Region17 Avqust 19:07
“Novatek” Türkiyədən yardım umdu
-
Nida Xəbər 17 Avqust 18:40
153 avtobus gecikir - BNA - SİYAHI