Kiyevin mərkəzində partlayış olub
Bizi izləyin

Dünya

Kiyevin mərkəzində partlayış olub

Ukraynanın paytaxtı Kiyevin mərkəzində “Qəhrəmanların Marşı” zamanı partlayış baş verib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, milis partlayış nəticəsində zərər çəkənlərin olmadığını açıqlayıb.

“Qəhrəmanların Marşı”nda “Azadlıq” Partiyası, “Sağ sektor” təşkilatı, Ukrayna Millətçilər Konqresi və millətçilərin digər təşkilatları iştirak edib. Tədbirə ümumilikdə təxminən 5 min nəfər qatılıb.

Marşın iştirakçıları “Siyasi dustaqlara azadlıq!”, “Biz ədalət və həqiqətİ tələb edirik” və digər şüarlar səsləndiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm