İŞİD-ABŞ-YPG üçbucağı: tərəflərin kənd oyunu
Bizi izləyin

Dünya

İŞİD-ABŞ-YPG üçbucağı: tərəflərin kənd oyunu

Suriyada baş verən proseslər İŞİD terror qruplaşması, PKK-nın bu ölkədəki silahlı qanadı YPG və Dəməşq rejimi arasındakı oyun oynanıldığını göstərir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hələb vilayətindəki 300 kəndi döyüşmədən YPG-yə təslim edən İŞİD müxalifət güclərindən aldığı 5 bölgəni də Əsədə verib.

Bu ilin iyun ayında Şanlıurfa vilayətinin qarşısında yerləşən Suriyanın Tel-Abyad şəhəri ABŞ bombardmanı ilə İŞİD-dən alınaraq YPG-yə təslim edilmişdi. Eyni oyun bu dəfə Hələbdə oynanılır. İŞİD daha əvvəl müxalifətdən aldığı Tel Khrah, Tel Suvsin, Kefr Tune, Kefr Karis və Faini bölgələrini Əsədin ordusuna verib. Suriyadakı yerli mənbələr İŞİD-in bu bölgələri döyüşmədən geri çəkilərək rejim qüvvələrinə təslim etdiyini bildirir.

Suriya müxalifəti hesab edir ki, Suriyanın 3 hissəyə bölünmə planının ilk mərhələsi olaraq ölkənin şimal bölgələrində qurulacağı deyilən “Kürd dəhlizi” İŞİD, ABŞ və YPG-nin birgə cəhdləri ilə həyata keçirilir. Müxalifətə görə, əvvəlcə İŞİD Azad Suriya Ordusuna hücum edərək müxalifətin əllərindəki bölgələrə yerləşir, daha sonra ABŞ həmin əraziləri bombalayır, ardınca isə İŞİD bu bölgələri YPG-ə təslim edir.

ABŞ-ın bombardmanlarından əvvəl bombalanacaq bölgələrin koordinatları YPG tərəfindən koalisiya qərargahına çatdırılır. Bu ilin iyun ayında Hələbin şimal bölgələrində eyni üsulla yalnız bir həftə ərzində 300 kənd YPG-nin əlinə keçib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm