İsrail peşman olub
Bizi izləyin

Dünya

İsrail peşman olub

İsrail Türkiyə ilə münasibətlərinin korlanmasına görə peşmandır.

Axar.az xəbər verir ki, İsrailin i-hls.com saytı Daxili Təhlükəsizlik Xidmətinin hesabatında yer alan maraqlı məlumatlara yer verib.

Hesabatda qeyd edilir ki, İsrail tərəfi müdafiə sənayesində kommersiya itkilərinə yol verib. Qlobal müdafiə sənayesində uzun zamandır köklü dəyişiklik İsrailə mənfi təsir göstərib.

Köklü dəyişiklik zamanı bir çox irili-xırdalı müdafiə sənayesi firmaları yaranıb. Cənubi Afrika Respublikasında da belə firmaların yaranması İsrail şirkətlərinin işini xeyli zəiflədib. Ən böyük rəqib isə Türkiyədir. Belə ki, İsrail Türkiyə ilə münasibətlərinin korlanmasından sonra bu ölkəyə silah-sursat satışını dayandırmalı olub. Türkiyə isə özü öz silahını istehsal etməyə başladıqdan sonra İsrail sənayesində bu sahədə xeyli geriləmə baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm