Türkiyədəki partlayışa görə 3 məmur işdən qovuldu
Bizi izləyin

Dünya

Türkiyədəki partlayışa görə 3 məmur işdən qovuldu

Ankarada qanlı terror hücumları ilə bağlı 3 təhlükəsizlik rəsmisi işindən kənarlaşdırılıb.

Türkiyənin Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, Ankaranın bələdiyyə polis idarəsinin sədri, kəşfiyyat və təhlükəsizlik departamentlərinin rəhbərləri işindən uzaqlaşdırılıb. Nazirlik bunu bomba hücumlarının sağlam araşdırılması ilə izah edib.

Ərdoğan və onun hakim partiyası 100 adamın ölümü, yüzlərlə insanın xəsarət alması ilə nəticələnən hücumlara görə ciddi tənqid edilir. Prezident deyib ki, səlahiyyətlərindən istifadə edərək, hücumların dərindən təhqiqinə göstəriş verib.

Türkiyənin dövlət başçısı Suriyadan alınan kəşfiyyat məlumatlarına görə, hücumların çox əvvəl planlaşdırıldığını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm