İsrailin Türkiyə qorxusu: “Ən açıq rəqibimizdir”
Bizi izləyin

Dünya

İsrailin Türkiyə qorxusu: “Ən açıq rəqibimizdir”

İsrail Daxili Təhlükəsizlik Xidmətinin hesabatı Təl-Əvivin Türkiyənin hərbi sənayesinin əldə etdiyi uğurlardan narahat olduğunu ortaya qoyub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hesabatda Türkiyə ilə pozulan əlaqələrdən sonra İsrailin müdafiə sahəsinin verdiyi itkilərə diqqət çəkir.

“Qlobal müdafiə sənayendə uzun müddətdir ki, köklü dəyişikliklər baş verir. Bunun ən yaxşı iki nümunəsi Avropa və ABŞ-dır. Bu müddətdə ən müvəffəqiyyətsiz olan İsraildir. Cənubi Afrika Respublikasının müdafiə sənayesinin şirkətləri silah bazarında önəmli yer qazanıb. İsrailin ən aşkar rəqibi Türkiyədir. Türkiyə ilə pis əlaqələr İsrail müdafiə sənayesinə zərər verir. Türklər yalnız İsrail silah sistemlərini almaqdan imtina etmədilər, eyni zamanda öz silahlarını istehsal etməyə başladılar”, - hesabatda deyilir.

Hesabatda bildirilir ki, İsrail nəinki Türkiyə bazarını itirir, həm də özünün ənənəvi bazarlarına Türkiyənin daxil olmasına razılaşmalı olur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm