• USD 1,7000 0,00% EUR 1,9105 0,00%
    • GBP 2,2102 0,00% RUB 0,0266 0,00%

İran şokda: 8 generalını itirdi

  • Dünya
  • 15 Oktyabr 2015 12:59
  • 2 167 Baxış
İran şokda: 8 generalını itirdi

Suriyada Bəşər Əsəd rejimini dəstəkləyən İran bu ölkədə yüksək komandanlıq səviyyəsində ciddi itkilər verir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İran Suriyadakı qarşıdurmalarda 3 gündə 3 generalını itirib.

Bununla da, 2013-cü ilin fevralından indiyə kimi Suriyada öldürülən iranlı generalların sayı 8-ə çatıb.

Son günlərdə ən çox diqqətçəkən itki oktyabrın 9-da general Hüseyn Həmədaninin Hələbdə öldürülməsi olub. Həmədani İran İslam İnqilabı Keşikçilər Korpusunun tərkibindəki “Qüds Ordusu”nun komandiri general Kasım Süleymaninin köməkçisi idi. Onun İŞİD terror təşkilatı tərəfindən öldürüldüyü iddia edilir.

Oktyabrın 13-də isə “Əbu Zəhra” adı ilə tanınan Həcc Hamid Muhtarbend və Ferşad Hasunizade Suriyanın Hama şəhərində öldürülüb.

Bundan başqa İranın dəstəklədiyi “Hizbullah” son günlərdə yüksəkrütbəli iki komandirini itirib. Onlardan biri təşkilatın lideri Həsən Nəsrullahın ikinci adamı olub.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR