Ərdoğan Krımla bağlı Azərbaycanla məsləhətləşmələr aparacaq
Bizi izləyin

Dünya

Ərdoğan Krımla bağlı Azərbaycanla məsləhətləşmələr aparacaq

Ərdoğan Krımla bağlı Azərbaycanla məsləhətləşmələr aparacaq

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Krımla bağlı Azərbaycan və Qazaxıstanla siyasi məsləhətləşmələr aparacaq. Bunu Baş nazir özü bildirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Haber7" telekanalı xəbər yayıb.

Ərdoğanın sözlərinə görə, Ankara Ukraynadakı hadisələr və Krımdakı referendumla bağlı Rusiya ilə danışıqları davam etdirəcək.

Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankaranın Rusiyanı qonşu ölkələrin ərazi bütövlüyünə hörmət etməyə çağırdığını bəyan edib. Nazirin sözlərinə görə, Moskva regionda təkbaşına siyasət aparır.

Martın 16-da Krımda keçirilən referenduma gəlincə, Davudoğlu deyib ki, regionda oxşar hadisələrin inkişafına imkan yaratmaq yolverilməzdir.

Xatırladaq ki, bazar günü Krımın statusu haqqında referendum keçirilib. Son məlumatlara görə, seçicilərin demək olar ki, 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib.Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm