İŞİD-in illik gəliri açıqlandı
Bizi izləyin

Dünya

İŞİD-in illik gəliri açıqlandı

İŞİD terror təşkilatı bir il ərzində çıxardığı neftdən 500 milyon dollar qazanıb.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” nəşrinin İŞİD-in neft gəlirləri ilə bağlı araşdırmasında deyilir.

Məlumata görə, 60-dan çox ölkənin daxil olduğu beynəlxalq koalisiya bir il ərzində 10 min 600-dən çox hava hücumu həyata keçirməsinə baxmayaraq, İŞİD-in gəlirlərinin qarşısını almaq mümkün olmayıb. Araşdırmada deyilir ki, İŞİD nəzarət etdiyi ərazilərdə gündəlik 40 min barelə qədər neft çıxarır. Bu isə gündəlik 1,53 milyon dollar qazanc anlamına gəlir.

Qəzetə danışan Qərb diplomatı da bildirib ki, beynəlxalq koalisiyanın hücumları İŞİD-ə maliyyə axınının qarşısını ala bilməyib.

Araşdırmada İŞİD-in neft satışından əlavə, xərac və tarixi əsərlərin qaçaqmalçılığından böyük pullar qazandığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm