Rusiya Suriyada böyük əməliyyata başladı: hədəf...
Bizi izləyin

Dünya

Rusiya Suriyada böyük əməliyyata başladı: hədəf...

Suriya ordusu Xüms şəhərinin şimalında müxalifət güclərinin olduğu bölgələrə genişmiqyaslı hücuma başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat Rusiya aviasiyasının dəstəyi ilə keçirilir.

Suriya dövlət televiziyası günün ilk saatlarında başlayan əməliyyatda əvvəlcə topçu birliklərin müxalifətin nəzarətində bölgələri atəşə tutduğunu, daha sonra quru qüvvələrin hərəkətə keçdiyini xəbər verib.

Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, Xüms şəhərinin təxminən 5 kilometr şimalında yerləşən Teir Malla və Talbiseh qəsəbələrində şiddətli döyüşlər gedir. Əməliyyata İran İslam İnqilabı Keşikçilər Korpusunun tərkibindəki “Qüds Gücü”nün komandiri Kasım Süleymaninin rəhbərlik etdiyi bildirilir.

“Reuters” agentliyinə danışan suriyalı bir səlahiyyətli Suriya ordusunun əsl hədəfinin Hələb olduğunu söyləyib. Paytaxt Dəməşq və Hələb arasında yerləşən Xüms şəhəri Suriyanın qərbində Bəşər Əsədin təsirli olduğu əraziləri bir-birinə bağlayır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm