Krımlı siyasətçi: Krım araq butulkası və məscidlər arasında bölündü
Bizi izləyin

Dünya

Krımlı siyasətçi: Krım araq butulkası və məscidlər arasında bölündü

Krımlı siyasətçi: Krım araq butulkası və məscidlər arasında bölündü


Krımlı siyasətçi Ayder Muydaba Krımda dünən keçirilən referendumun canlı mənzərəsini təsvir edib.

Publika.Az -a xəbər verir ki, krımlı siyasətçi sosial şəbəkələrdə bu barədə yazır: “Saat 14:00-da yaşadığım beşmərtəbəli binadan çıxıram, qonşular mənə şübhə ilə baxır. Onların gözündə etibarsızlıq görürəm. 4 nömrəli məktəbin yanından keçirəm, bura seçki məntəqəsidir. Küçədə rus musiqisi səslənir. Məntəqənin girişində təxminən 5 insan var, spesifik “şişmiş üzlər” seçilir. Açıq görünür ki, bu gün referenduma hazırlaşmayıblar. Amma birdən polis bölməsindən əllərində səyyar səsvermə qutusu olan seçki komissiyasının üzvləri ilə bir polis çıxır. Və möcüzədir bu. Bizim kazak qadınlarımız. Dünənə qədər onlar özünümüdafiə üçün mübarizə aparırdılar. Bu günsə seçki komissiyasının üzvləridir.

Sonra bazara gedirəm. Baxmayaraq ki, bazar günüdür, amma bura həmişə camaatla dolu olardı. Bu gün isə sanki şəhər ölüb. Yalnız yoldan keçən bir neçə maşın gözə dəyir. Bankomatlar işləmir, nağd pul yoxdur.
“Məktəb-gimnaziyanın” yanından keçirəm. Bura da həmçinin seçki məntəqəsidir, yenə girişdə spesifik üzlər, eyni musiqi.

Pivə verilən yeməkxananın yanından keçirəm. Doğrudanmı səhv etdim, şəhər ölmədi? Burda bir neçə kişi və qadın qrupları gözə dəyir, əgər onları qadın adlandırmaq olarsa. Burda camaat sevinir.

Dairəni tamamlayıb məktəbin idman meydançasının yanından keçirəm. Bardyorun üzərində oturmuş iki nəfər butulka ilə araq və pivə içir. Deməli, bayram elə bu tip insanlarındır.

Evə gəlirəm, televizoru açıram. Krım kanalı insanları referenduma çağırır. Kanalı dəyişdirirəm. Baxçasarayın Krım tatarlarının kompakt yaşadığı 6 mikrorayonunu göstərirlər. Mikrorayon qadınları referenduma getməyiblər. Əvəzində məscidə gedib Ukraynanın bütövlüyü üçün Allaha dua edirlər. Mənim üçün referendumun nəticəsi budur: Şəhər bölünmüşdü. Bir qrup araq butulkasında, digər qrup məscidlərdə. Ölü bir gülüş var. Uşaqların gülüşü eşidilmir, öpüşən gənc cütlüklər, uşaqları ilə gəzən analar gözə dəymir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm