İŞİD-in bomba yüklü 10 avtomobili İstanbul və Ankarada – QORXUNC İDDİA
Bizi izləyin

Dünya

İŞİD-in bomba yüklü 10 avtomobili İstanbul və Ankarada – QORXUNC İDDİA

Rusiyanın “Sputnik” xəbər agentliyi Türkiyə ilə bağlı qorxunc bir iddia irəli sürüb.

Publika.az xəbər verir ki, agentlik təhlükəsizlik strukturlarındakı mənbələrə istinad edərək İŞİD terror qruplaşmasının İstanbul, Ankara, İzmir və Diyarbəkir olmaqla bir sıra böyük şəhərlərdə terror hücumları həyata keçirməyə hazırlaşdığını yazıb.

Təhlükəsizlik qurumlarının əlindəki kəşfiyyat məlumatlarına görə, İŞİD-in Türkiyədə 10 ədəd bomba yüklü avtomobili var. Bildirilir ki, terror qruplaşması diqqət çəkməmək üçün lüks və bahalı avtomobilləri seçib.

Mövzu ilə əlaqədar danışan təhlükəsizlik səlahiyyətliləri də sözügedən kəşfiyyat məlumatını təsdiqləyiblər. “İŞİD-in əlindəki bomba yüklü avtomobillərin partladılmadan tutulması üçün çalışırıq. Bütün şübhəli avtomobillərə baxır, bütün xəbərləri qiymətləndiririk”, - təhlükəsizlik səlahiyyətlisi deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm