• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Əsəd və İŞİD arasında mafiyasayağı razılaşma: istehsal edib bölüşdürürlər

  • Dünya
  • 16 Oktyabr 2015 23:20
  • 1 405 Baxış
Əsəd və İŞİD arasında mafiyasayağı razılaşma: istehsal edib bölüşdürürlər

Suriya rəhbərliyi ölkənin elektrik enerjisinə olan tələbatını ödəmək üçün İŞİD terror qruplaşması ilə məcburi razılaşma bağlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

“Suriya rejimi təbii qaz nəqlini və elektrik istehsalını təmin etmək üçün İŞİD-lə mafiyasayağı müqavilə bağlamaq məcburiyyətində qalıb", - nəşr bildirib.

“Financial Times” Əhməd adlı bir mühəndisin başına gələnləri yazıb. Əhmədin sözlərinə görə, dövlətə məxsus qaz şirkətinə işə düzəldikdən sonra döyüşdən uzaq qalacağını düşünsə də, ancaq təyinat aldığı elektrik stansiyasına gələndə İŞİD-lə çalışacağını öyrənib.

“İŞİD-in nəzarət etdiyi bölgələrdəki, amma dövlətə məxsus enerji şirkətlərində çalışanlar özlərini ölümcül bir oyunun piyadası olaraq görürlər. Suriyada elektrik enerjisinin 90 faizi təbii qazdan əldə edilir. İŞİD-in də, Əsəd rejiminin də elektrik enerjisinə ehtiyacı var. İŞİD Suriyada ən azı səkkiz elektrik stansiyasını əlində saxlayır. Bunların arasında hidroelektrik stansiyalar da var. Bu stansiyaların iş rejimi barədə məlumatlar isə Əsəd rejiminin əlindədir. Buna görə də istehsal olunan elektrik enerjisi rejim və İŞİD arasında bölüşdürülür”, - qəzet yazıb.

Suriyadan qaçan 25 yaşındakı başqa bir mühəndis isə İŞİD ilə dövlət arasındakı razılaşmalara görə, stansiyada işləyənlərin maaşlarının dövlət tərəfindən ödənildiyini deyib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR