• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Aralıq dənizində növbəti Aylan faciəsi – FOTOLAR

  • Dünya
  • 17 Oktyabr 2015 04:43
  • 1 161 Baxış
Aralıq dənizində növbəti Aylan faciəsi – FOTOLAR

Aralıq dənizində növbəti Aylan faciəsi baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan sahil təhlükəsizlik xidməti sahildə qız uşağının cəsədini tapıb.

Qızın cansız bədəninin Yunanıstanın Midilli adası yaxınlığında tapıldığı bildirilir. Yunanıstanlı səlahiyyətlilərə görə, yunan sahil təhlükəsizlik gəmisi Türkiyədən yola çıxan və miqrantların olduğu gəmi ilə səhvən toqquşub. Hadisə şahidlərinin məlumatına görə, miqrantların olduğu gəmi 3 dəqiqə ərzində batıb.

Qəza nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər həyatını itirib, biri isə itkin düşüb. Həyatını itirən bir qız uşağının cəsədini Yunanıstan sahil təhlükəsizlik xidmətinin əməkdaşları tapıb. Gəmidəki digər 31 nəfərin xilas edildiyi bildirilir.

Xatırladaq ki, sentyabrın 2-də Avropaya gedən 3 yaşlı Aylan ailəsi ilə birlikdə Aralıq dənizində batmışdı. Aylanın sahilə çıxan cansız bədəni günlərlə bütün dünyanın gündəminə çevrildi.

Oktyabrın 5-də isə Aralıq dənizində ikinci bir Aylan faciəsi baş verib. Yunanıstanın İstanköy adasındakı bir çimərlikdə Avropa yolçusu olduğu təxmin edilən 4 yaşlarındakı bir oğlan uşağının cansız bədəni tapılıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR