MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bizi izləyin

Dünya

MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib

Belarus Mərkəzi Seçki Komissiyası (MSK) bu gün prezident seçkilərinin son nəticəsini təsdiqləyib.

Sergey Qaydukeviçə 201 945 seçici (3,3 faiz) səs verib, Tatyana Korotkeviç 271 426 səs (4,44 faiz) toplayıb, Aleksandr Lukaşenko 5 102 478 səs (83,5 faiz), Nikolay Ulaxoviç 102 131 səs (1,67 faiz) toplayıb. Bütün namizədlərin əleyhinə təxminən 386,2 min adam (6,3 faiz) səs verib, təxminən 48,8 min bülleten etibarsız sayılıb.

Belarus MSK-nın katibi Nikolay Lozovik bu gün seçkilərin nəticələrinin yekunu elan olunandan sonra deyib: “Təqdim edilən və Belarus Respublikası Konstitusiyasının 82-ci maddəsinə, Belarus Respublikası Seçki Məcəlləsinin 79-cu maddəsinə əsasən Seçkilər və Respublika Referendumlarının keçirilməsi üzrə Belarus Respublikası Mərkəzi Komissiyası qərara alır: birinci – prezident seçkilərini baş tutmuş hesab etmək, ikinci – Lukaşenko Aleksandr Qriqoryeviçi Belarus Respublikasının Prezidenti vəzifəsinə seçilmiş hesab etmək”.

Seçkilərin nəticələri üzrə qərarın qəbulundan sonra MSK-nın sədri Lidiya Yermoşina jurnalistlərə inauqurasiyanın tarixini söyləməkdə çətinlik çəkib. O izah edib ki, bu məsələ ilə Belarus Prezidenti Administrasiyasının müvafiq idarəsi məşğul olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm