Almaniya “soyqırım” qərarını təxirə saldı
Bizi izləyin

Dünya

Almaniya “soyqırım” qərarını təxirə saldı

Almaniya parlamenti (bundestaq) “erməni soyqırımı”nın tanınması ilə əlaqədar qərarını təxirə salıb.

Publika.az “Der Spiegel” nəşrinə istinadən xəbər verir ki, bundestaq üzvləri ermənilərə qarşı “soyqırım”ın həyata keçirildiyini iddia edən qərarın ikinci və üçüncü oxunuşunun qeyri-müəyyən tarixə qədər təxirə salınmasına yekdilliklə səs veriblər.

“Der Spiegel” öz mənbələrinə istinadən bildirib ki, bundestaq sözügedən qərarın qəbulunu təxirə salmaqla miqrant problemində Türkiyədən dəstək almaq niyyətindədir. Nəşrin mənbələri qeyd ediblər ki, qərarın qəbulundan sonra Ankara miqrant probleminin həllində Berlinlə əməkdaşlıq fikrindən daşına bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm