Merkel: “Almaniya sərhədləri miqrantların üzünə bağlamayacaq”
Bizi izləyin

Dünya

Merkel: “Almaniya sərhədləri miqrantların üzünə bağlamayacaq”

Almaniya Yaxın Şərqdən olan miqrantlar üçün qapılarını bağlamayacaq.

Publika.azGazeta”ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bildirib.

O, qeyd edib ki, ölkəsi gələn miqrantlara nəzarət edəcək, amma Macarıstan kimi sərhədləri bütünlüklə onların üzünə bağlamayacaq.

“Mən problemi həll etmək üçün bütün qüvvəmlə çalışıram. Amma bu, bütünlüklə bizdən asılı deyil və problemin həll olunması üçün müəyyən zaman tələb olunur”, -deyə kansler bildirib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm