
Türkiyənin Şimali İraqda PKK-ya qarşı başlatdığı əməliyyatın ilk günlərində ABŞ-la maraqlı dialoq yaşanıb.
Axar.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Pentaqon Türkiyədən PKK-nın Şimali İraqdakı Qara və Metina düşərgələrini vurmamağı tələb edib.
ABŞ sözügedən düşərgələrdə əməkdaşlarının olduğunu və əməliyyatlardan öncə məlumat verilməsini istəyib.
Lakin rəsmi Ankara ABŞ-ın bu tələbini qəbul etməyib:
“Əməkdaşlarınızın yerini bildirin, oranı vurmayaq. Lakin haranı bombalayacağımızı deyə bilmərik”.
Bundan əlavə, ABŞ-ın sözügedən düşərgələrdə PYD (PKK-nın Suriya qanadı) döyüşçülərinə təlim keçdiyi də məlum olub.
Qeyd edək ki, Türkiyə iyulun 24-dən bu yana PKK-ya qarşı əməliyyatlar aparır.