Səddam Hüseynin sarayı İŞİD-dən alındı
Bizi izləyin

Dünya

Səddam Hüseynin sarayı İŞİD-dən alındı

İraqın silahlı qüvvələri Tikrit şəhərindəki saray kompleksini İŞİD terror təşkilatından geri alıblar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraqın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, saray kompleksindən ölkənin keçmiş prezidenti Səddam Hüseyn iqamətgah kimi istifadə edirdi. Hazırda saray İŞİD terrorçularından tamamilə azad edilib. Tikrit (paytaxt Bağdaddan təxminən 170 kilometr şimalda yerləşir) şəhərin şimalında İraq ordusu ilə İŞİD arasında döyüşlərin getdiyi xəbər verilir.

Qeyd edək ki, Səddam Hüseynin məmləkəti olan Tikrit 2014-cü ilin iyununda İŞİD tərəfindən tutulmişdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm