Təyyarəyə gecikən qadın hava limanında intihar etdi
Bizi izləyin

Dünya

Təyyarəyə gecikən qadın hava limanında intihar etdi

Londondan Ərbilə səfər edən braniyalı qadın sərnişin İstanbulun Ataturk hava limanında intihar edib.

Publika.az xəbər verir ki, 50 yaşlı britaniyalı Caklin Anne Sutton Londondan İstanbula Türkiyə Hava Yollarına məxsus 1986 nömrəli reyslə axşam saat 9:58-də çatıb. O, saat 12:15-də isə növbəti reyslə Ərbilə getməli olsa da, onun uçuşu qaçırdığı bildirilir. Hava yollarının müştəri xidmətlərinə müraciət edən sərnişinə yeni bilet almalı olduğu bildirilib. Sutton isə maliyyə baxımdan buna imkanı olmadığını bildirib və beynəlxalq terminalda ayaq yoluna gedərək ayaqqabısının dik dabanı ilə özünü öldürüb.

Onun yerdə uzanan cəsədini aşkar edən 3 rus sərnişin dərhal həkimlərə xəbər verib. Həkimlər hadisə yerinə gələn zaman artıq onun nəbzinin vurmadığı bəlli olub. Faktla bağlı cinayət işi başlanılıb. Suttonun cəsədi Türkiyə Tibbi Ekspertiza İnstitutunun morquna aparılıb.

Suttonun 20 ildən artıqdır BMT-nin tərkibində müharibə zonalarında könüllü kimi fəaliyyət göstərdiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm