ŞOK: İŞİD İstanbulda təlim düşərgələri qurub – FOTOLAR
Bizi izləyin

Dünya

ŞOK: İŞİD İstanbulda təlim düşərgələri qurub – FOTOLAR

İstanbul Terrorla Mübarizə Şöbəsi uzun müddətdir izlədiyi və İŞİD terror təşkilatının sıralarında vuruşmağa hazırlaşan qrupa qarşı əməliyyat keçirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, helikopterlə havadan dəstəklənən əməliyyatda Özbəkistan və Tacikistan vətəndaşları olan 53 nəfər tutulub.

Onlardan 24-nün uşaq olduğu bildirilir. Əməliyyatlar keçirilən ünvanlarda aparılan axtarışlar zamanı Suriya və İraqda silahlı qarşıdurmaların olduğu bölgələrinin xəritələri və İŞİD-lə bağlı bir sıra sənədlər ələ keçirilib.

Araşdırmalar zamanı Özbəkistan və Tacikistan vətəndaşlarının lüks mənzilləri kirayəyə götürdükləri və bu mənzilləri təlim düşərgəsinə çevirdikləri müəyyən olunub.

Daha çox Əfqanıstan sərhədində fəaliyyət göstərən Özbəkistan İslami Hərəkatı bu ilin avqust ayında İŞİD-ə sədaqət andı içib. Təşkilat həmin vaxta kimi “Əl-Qaidə” terror qruplaşmasının qolu olaraq tanınırdı. Özbəkistan kəşfiyyatının məlumatlarına görə, Suriyada 5 mindən çox özbək döyüşçü İŞİD-in sıralarında vuruşur. Bildirilir ki, İŞİD Özbəkistandakı islami qrupları öz tərəfinə çəkmək üçün döyüşçülərə 20 mindən 30 min dollara qədər pul mükafatı vəd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm