Dünya
Trabzonda “Açılım qrupu” ifşa edildi: bölgəni qana boyamaq istəyirdilər
Türkiyə kəşfiyyatı PKK terror təşkilatının 12 nəfərdən ibarət “Qara dəniz açılım qrupu”nu ifşa edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kəşfiyyat strukturları qrupda yer alan PKK-çı terrorçularının kimliyi barədə məlumatları və fotoşəkilləri əldə edib.
Qrupun bölgəyə ilk dəfə 1998-ci ildə daxil olduğu bildirilir. Bir ay ərzində bölgədə 2 hücum həyata keçirən qrupun strateji nöqtələrdə terror aktları həyata keçirməyə hazırlaşdığı müəyyən olunub. Qrupdakıların bir hissəsinin Kümbet yaylasında, digər hissənin isə Şalpazarı çölündə qaldığı xəbər verilir.
“Qaradəniz açılım qrupu” 3 qrupa bölünür. Kəşfiyyat əməkdaşları bunu “Doğan” kod adlı Cəlal. K. ilə “Çektar” kod adlı Əli Firat. Y. arasındakı şifrəli telsiz danışıqlarını dinləməklə ortaya çıxarıb.
Xatırladaq ki, ötən ay Türkiyənin Tunceli vilayətində öldürülən PKK terror təşkilatının “Baran Dersim” kod adlı bölgə lideri İsmayıl Aydemir ilə təşkilatın Türkiyə üzrə lideri Fethi Şarlatanın telsiz danışıqları ortaya çıxıb. Xüsusi xidmət orqanları Aydemirin Qara dəniz bölgəsinə göndərilən terrorçulara terror aktlarının törədilməsi üçün təlimat verdiyini müəyyənləşdirib.
Axtarışların gedişatında bölgədə terror aktları planlaşdıran 2 qrupun liderlərinin adları da ortaya çıxıb. Təhlükəsizlik gücləri “Zinar” və “Mavzer” adlı iki ayrı qrupun telsiz danışıqlarını müəyyənləşdirib. “Zinar” adlı qrupun liderinin “Doğan” kod adlı Cəlal. K, “Mavzer” adlı qrupun liderinin isə “Çektar” kod adlı Əli Firat. Y. olduğu məlum olub.
Ömər Dağlı
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO