“Əl-Nüsra”nın nəzarət məntəqəsi məhv edildi
Bizi izləyin

Dünya

“Əl-Nüsra”nın nəzarət məntəqəsi məhv edildi

Rusiya bombardmançısı Suriyanın İdlib vilayətində “Əl-Nüsra” Cəbhəsi qruplaşmasının nəzarət məntəqələrindən birini məhv edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, nəzarət məntəqəsi pilotsuz təyyarənin kəşfiyyat uçuşundan sonra "Su-24" bombardmançısı ilə vurulub. “Təyyarə bombasının tətbiqi nəticəsində "ZU-23" zenit sistemi ilə təchiz edilən yük maşını və xeyli terrorçunun olduğu nəzarət məntəqəsi məhv edilib”, - Konaşenkov dəqiqləşdirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm