Ukrayna telekanalı Putin və Poroşenkonun əl sıxmasının qurbanı oldu
Bizi izləyin

Dünya

Ukrayna telekanalı Putin və Poroşenkonun əl sıxmasının qurbanı oldu

Ukraynanın prezidentin administrasiyası “112 Ukrayna” telekanalına oktyabrın 2-də Parisdə görüşən Pyotr Poroşenko və Vladimir Putinin əl sıxmasını göstərməyi qadağan edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə telekanalın keçmiş prosüderi Viktor Zubriski “Facebook” səhifəsində yazıb.

Zubriskinin sözlərinə görə, Ukraynanın bütün telekanalları “Normandiya dördlüyü”nün sammitində Ukrayna və Rusiya liderlərinin əl sıxması anını “qeydə almayıblar”. “Poroşenko Putinin əli sıxdı, amma arzuladı ki, bu barədə ukraynalılar xəbər tutmasınlar”, - o, vurğulayıb.

Viktor Zubriski qeyd edib ki, görüşlə bağlı süjetin efirə verilməsi üçün hazırlıq getdiyi bir vaxtda “112 Ukrayna”ya həmin süjetin nümayişinin yolverilməz olduğu haqqında prezident administrasiyası və xüsusi xidmət orqanlarından “zənglər qasırğası” daxil olub. Bununla belə, telekanal Putin və Poroşenkonun əl sıxması anını efirə verib.

Keçmiş prodüser kanalın ofisində axtarışların aparılması barədə məhkəmənin oktyabrın 16-da verdiyi qətnaməni də sözügedən süjetin efirə verilməsi ilə izah edir. Zubriski telekanalın rəhbəri Andrey Podşipkovun da yaxın gələcəkdə həbsini istisna etmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm