İran uran ehtiyatını satışa çıxarıb
Bizi izləyin

Dünya

İran uran ehtiyatını satışa çıxarıb

İran zənginləşdirilmiş uranın ehtiyatını satmaq niyyətindədir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Abbas Arakçi bildirib.

Onun sözlərinə görə, uranın satışı haqqında danışıqlar müvəffəqiyyətlə kedir. Amma iranlı diplomat danışıqların hansı ölkə ilə aparıldığı dəqiqləşdirməyib.

Zənginləşdirilmiş uranın Rusiyaya ixrac ediləcəyi gözlənilir. Daha əvvəl Rusiya tərəfi bildirib ki, zənginləşdirilmiş uranın ixracı üzrə İranla danışıqlar gedir və ixraca hazırlıq 2016-cı ilin ilin əvvəlində başa çata bilər.

İran və “altılıq” (Rusiya, ABŞ, İngiltərə, Fransa, Çin və Almaniya) arasında imzalanan Birgə hərtərəfli iş planına (SVDP) görə, İran 3,67 faizdən yuxarı konsentrasiyaya qədər zənginləşdirilməmiş uran ehtiyatını 300 kiloqrama qədər azaltmalıdır. Bütün qalan zənginləşdirilmiş uran isə ölkədən çıxarılmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm