Maldivdə qadınların daşqalaq edilməsi qadağan edildi
Bizi izləyin

Dünya

Maldivdə qadınların daşqalaq edilməsi qadağan edildi

Maldiv Ali Məhkəməsi zinada günahkar bilinən qadınlara qarşı daşqalaqla ölüm hökmünü ləğv edib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, bazar günü evlilik xarici dünyaya uşaq gətirmiş iki qadın məhkəmə tərəfindən məhkum edilib. Lakin Ali Məhkəmə qərarı ləğv edib və bunun hüquqi prosedura zidd olduğunu bildirib.

Ada dövləti olan Maldivdə əvvəllər nikahdankənar cinsi əlaqəyə görə şallaq hökmü verilirdi. Bazar günü çıxarılmış hökm sosial mediada qəzəbə səbəb olub və insan haqları qruplarının tənqidinə məruz qalıb.

2013-cü ildə evliliyi olmadan cinsi əlaqəyə girməkdə günahkar bilinmiş 15 yaşlı qızın 100 şallaqla cəzalandırılması beynəlxalq aləmdə narazılığa səbəb olmuşdu. Ali Məhkəmə daha sonra onun yanlış məhkum edildiyini əsas gətirərək qərarı ləğv etmişdi.

Maldivdə nikahdankənar seks qanunsuzdur. Lakin bu qadağa turistlərə aid deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm