Şəhər administrasiyasında qətl
Bizi izləyin

Dünya

Şəhər administrasiyasında qətl

Krasnoqorsk şəhər administrasiyası başçısının müavini Yuri Karaulov və şəhər elektrik şəbəkəsinin rəhbəri Georgi Kotlyarenko odlu silahdan açılan atəşlə qətlə yetirilib.

İstintaq müşahidə kamerasının çəkilişlərinə əsasən mümkün qatilin kimliyini müəyyənləşdirib. İlkin məlumatlara görə, qətl yerli biznesmen Amiran Georqadze tərəfindən törədilib. Belə ki, Georqadze Karaulovun kabinetinə girib. Bir qədər sonra Kotlyarenko da ora gəlib. Tərəflər arasında mübahisə baş verib və biznesmen onlara odlu silahdan atəş açıb.

Rusiya İstintaq Komitəsinin məlumatına əsasən, qətl hadisəsi böyük ehtimalla öldürülən məmurların xidməti fəaliyyəti ilə bağlı ola bilər. Müstəntiqlər, həmçinin daha bir neçə versiyanı araşdırırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm