Dünya
Küçə fənərləri cinayətlər haqqında məlumat verəcək

ABŞ-da küçə fənərlərinə quraşdırılan yeni "ShotSpotter” sistemi atəş səslərini identifikasiya etməyə və onlar barədə 911 xilasetmə xidmətinə məlumat verməyə imkan verəcək.
Bu barədə Publika.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir.
Hazırda San-Dieqo və Ceksonvill şəhərlərində nəqliyyatın hərəkəti, boş parklama yerləri və hava şəraitinin monitorinqi barədə informasiya verən “ağıllı” küçə işıqlandırma sistemi işə salınıb. Küçə fənərlərinin növbəti funksiyası küçə cinayətləri haqqında məlumatın verilməsi olmaqla ümumi şəhər səs-küyündə odlu silahdan açılan atəş səslərinin müəyyənləşdirilməsi olacaq. İntellektual sistem yalnız atəş səslərinə reaksiya verməklə onları fişəng və avtomobil səslərindən seçəcək.
"Qazeta.ru" yazır ki, statistik məlumatlara görə, bu gün 911 xidmətinə küçədə baş verən 10 atışma hadisəsinin yalnız biri barədə məlumat verilir. Yeni texnologiya bunu daha operativ və diqqətlə etməyə imkan verəcək.

-
Rəsmi xronika15:43
Aşqabadda liderlərin Xəzər Sammiti başladı - Yeniləndi
-
Qarabağ 15:08
Ermənilərin qorxuya düşməsinin səbəbi budur- Politoloq AÇIQLADI
-
Hadisə14:06
Şəhid anasını aldadıb 11 min manat aldı... - FOTO
-
Avropa13:25
Madriddə NATO-nun sammiti başladı
-
Nida Təhlil 13:18
Gürcüstanda siyasi böhran: "Parlament prezidentin vetosunu dəf edəcək"
-
Nida Təhlil 12:21
PA rəsmisi QALMAQALLI "müsabiqə"dən danışdı: Müşahidə Şurasının qərarı…
-
Dəb11:29
Dünyanın məşhur 12 ailəsi haqqında maraqlı faktlar - FOTO
-
Rəsmi xronika10:58
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - FOTO