Daha bir respublika Rusiyaya birləşir
Bizi izləyin

Dünya

Daha bir respublika Rusiyaya birləşir

Ötən əsrin 90-cı illərində Gürcüstandan ayrılaraq müstəqilliyini elan edən Cənubi Osetiya lideri Leonid Tibilov ölkəsinin Rusiyaya birləşmək istədiyini bəyan edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, L.Tibilov belə bir bəyanatla Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkovla görüşü zamanı çıxış edib.

Daha sonra L.Tibilov bildirib ki, Cənubi Osetiya da Rusiyaya birləşməlidir: “Bunun üçün referendum keçirilməlidir. Günümüzdə baş verən siyasi reallıqlar bizi tarixi seçim etmək qarşısında qoyur. Bizim qardaş Rusiya ilə birləşməyimiz çox faydalı olar. Yalnız bu yolla biz uzun illər boyunca dövlətimizin təhlükəsizliyini və rifahını təmin edə bilərik. Onu da qeyd edim ki, Rusiya ilə birləşmək Cənubi Osetiya xalqının 100 illər boyu ən böyük arzusudur”.

Xatırladaq ki, keçmiş Sovetlər Birliyi dağılandan az sonra Cənubi Osetiya Abxaziya ilə birgə Gürcüstandan ayrılaraq müstəqilliyini elan edib. 2008-ci ilin avqustunda Gürcüstanın Cənubi Osetiyanı geri almaq üçün başlatdığı hərbi müdaxilə Rusiya ilə Gürcüstan arasında beşgünlük müharibəyə səbəb olub.

Müharibədən qalib ayrılan Rusiya dərhal sonra Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığını açıqlayıb. Ancaq rəsmi Moskvanın bu qərarı beynəlxalq birlik tərəfindən dəstəklənməyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm