“Həmas” lideri həbs edildi
Bizi izləyin

Dünya

“Həmas” lideri həbs edildi

İsrail təhlükəsizlik gücləri İordan çayının qərb sahilində – Ramallahın cənub-şərqində yerləşən Betuni şəhərində Fələstinin “Həmas” təşkilatının lideri Həsən Yusifi həbs edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildirilib.

“Həmas” lideri israillilərə hücumları təbliğ etməkdə və fələstinliləri terrorizmə açıq şəkildə təhrik etməkdə ittiham olunur.

“Həmas” lideri özünün qonaq otaqları və məscidlərdən zorakılıq və terrorun təbliği üçün istifadə edir”, - İsrail ordusunun rəsmi nümayəndəsi Piter Lerner deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm