Onu “satan” ikiqat agent kim imiş? – DTK agentindən ETİRAF
Bizi izləyin

Dünya

Onu “satan” ikiqat agent kim imiş? – DTK agentindən ETİRAF

Rusiya Prezident Administrasiyasının başçısı Sergey İvanov Böyük Britaniyada casusluq etdiyini ilk dəfə etiraf edib.

Publika.az “ZN.ua” saytına istinadən xəbər verir ki, o, bu barədə “The Times” nəşrinə müsahibəsində deyib.

Sergey İvanov ikiqat agent olan – həm SSRİ kəşfiyyatı, həm də MI6-ya işləyən həmkarı tərəfindən ifşa edildiyini bildirib. 1990-cı illərin ikinci yarısında məmur olmadan əvvəl xarici kəşfiyyat xidmətində çalışdığını deyən Sergey İvanov əvvəllər heç vaxt xüsusi xidmət orqanlarındakı işindən danışmayıb.

Onu Britaniyaya hökumətinə “satan” şəxs isə Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) zabiti kimi 11 il MI6-ya işləyən Oleq Qordiyevski olub.

“Artıq indi danışmaq olar. Mən onu Qordiyevski soyadı ilə tanıyırdım. Əgər onu insan adlandırmaq mümkündürsə. Onun Britaniya kəşfiyyatının tərəfinə keçərək etdiyi biabırçı xəyanətin məni necə sındırdığını deməyəcəyəm, amma işimdə müəyyən problemlər var idi. Kobud dillə desək, Qordiyevski məni satdı”, - İvanov deyib.

İvanov 1980-ci illərin əvvəllərində Londonda kəşfiyyat tapşırığı yerinə yetirirdi. Rusiya Prezident Administrasiyasının başçısı SSRİ-in Londondakı səfirliyinin iki diplomatından biri idi ki, 1983-cü ilin aprelində deportasiya edilib.

Qordiyevskiy iyul ayında “The Times”ə müsahibəsində bildirib ki, SSRİ-dən Finlandiyaya avtomobilinin yük yerində gizlənərək qaçıb. O, qaçışdan sonra SSRİ-də ölüm cəzasına məhkum olunub. Onu Moskvada indiyə kimi satqın hesab edirlər.

Londonda yaşayan “ikiqat agent” İvanovun yeni müsahibəsini hələ şərh etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm