Bu ölkələr Rusiya ərazisi kimi göstərildi - VİDEO
Bizi izləyin

Dünya

Bu ölkələr Rusiya ərazisi kimi göstərildi - VİDEO

Almatı, Tiflis, İrəvan və Minsk “Böyük ölkənin səsləri” adlı filmdə Rusiya ərazisi kimi göstərilib.

Publika.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya istehsalı olan ekran əsərində paytaxt Moskva olmaqla adı çəkilən şəhərlər “bizim nəhəng ölkənin guşələri” kimi təqdim olunub. Bu da Qazaxıstan bloqgerlərini özündən çıxarıb.

Oljas Bibanov adlı bloger Qazaxıstanın Mədəniyyət Nazirliyinə məsələni araşdırmaq təklifi ilə müraciət edib. Sosial şəbəkə fəalları quruma bununla bağlı müvafiq sorğu ünvanlayıblar.

“Dünən treyleri gördüm və bu, mənə çox toxundu. Necə yəni “bizim vətən?” Necə yəni “bizim paytaxt?” Necə yəni “Bizim nəhəng dövlətimiz?” “Mənim vətənim Qazaxıstandır, paytaxtı da Astana şəhəridir” – deyə Bibanov “facebook” şəbəkəsində qəzəbini belə bildirib”. Onu dəstəkləyən digər bloqgerlər “Cinayət Məcəlləsinə əsasən, nifaq, ədavət yaradan filmin qadağan edilməsini” tələb edirlər.

“Nəhəng ölkənin səsləri” komediyasını “Comedy Club”ın keçmiş üzvü, ssenarist və aktyor Tahir Məmmədov ərsəyə gətirib. Film Moskvaya gələrək məşhur teleşouda iştirak etmək istəyən gənclərdən bəhs edir. Filmin ekranlara 2016-cı ilin yanvarında çıxacağı bildirilir.

Qeyd edək ki, T.Məmmədov rejissor kimi debütünü yaz aylarında “Qadınlar kişilərə qarşı” adlı filmi ilə edib.

Sevinc

Oxumağa davam et
Reklam
Reklam

Gündəm