ABŞ şokda: Rusiyanın “milyon tonlarla dəmir”i necə dəyişdi?
Bizi izləyin

Dünya

ABŞ şokda: Rusiyanın “milyon tonlarla dəmir”i necə dəyişdi?

“Rusiya aviasiyasının Suriyada keçirdiyi hərbi əməliyyat amerikalılar və avropalıların Rusiya ordusu haqqında köhnə təsəvvürlərini alt-üst etdi və Vaşinqtonu Yaxın Şərq haqqında planlarını dəyişdirməyə məcbur etdi”.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “Il Giornale” nəşri yazıb.

“Yalnız əməliyyatların üslubundan deyil, həm də ən yeni və çox dəqiq silahlardan söhbət gedir”, - nəşr qeyd edib.

“Il Giornale” qeyd edir ki, ABŞ-ın aldığı “travma” SSRİ-nin 1957-ci ildə dünyanın ilk süni peykini buraxması zamanı aldığı “travma” ilə müqayisə edilə bilər: “Əgər həmin vaxt SSRİ-dəki texnologiyaların səviyyəsi Vaşinqton üçün gözlənilməz oldusa, hazırda neftin qiymətinin düşməsi fonunda “hərbi maşın” vəziyyəti ABŞ-da şok effekti yaradıb. Nəticədə ABŞ prezidenti Barak Obama kursu dəyişdi və Əfqanıstandan qoşunların çıxarılmasından imtina etdi. Amerikalılar və avropalılar Rusiya qoşunlarını son ana qədər “uniformadakı milyonlarla əsgər və milyon tonlarla dəmir” kimi təqdim edirdilər”.

Amerikanın “Defense News” nəşri isə yazıb ki, döyüş sursatlarının müxtəlif növlərindən istifadə edərək Suriyada endirdiyi aviazərbələr Rusiya aviasiyasının yeni hərbi imkanlarını nümayiş etdirdi. “Suriyada yüksək dəqiqlikli silahlardan istifadə onu göstərir ki, Rusiya 1990-cı illərdə bu sferada böyük uğurlar qazanan ABŞ və onun Avropa müttəfiqlərinə çatdı”, - “Defense News” qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm