Dünya
Gəncədə məcburi köçkünlərin yaşadığı binada yanğın olub
Gəncədə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib.
Publika.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhərinin Bakı istiqamətindən girişində, kəlbəcərli məcburi köçkünlər üçün tikilən yaşayış binasında yanğın hadisəsi baş verib. 1 saylı binanın birinci blokunda qeydə alınan hadisə zamanı heç kim xəsarət almayıb.
Beşinci mərtəbədən başlayan alov birinci mərtəbəyədək davam edib. Yanğınsöndürənlərin səyi ilə alov tez bir zamanda söndürülüb və ətraf ərazilərə yayılmasının qarşısı alınıb. İlkin ehtimala görə, yanğın binanın daxilindən keçən kommunal xətlərə aid plastik boruların alışmasından qaynaqlanıb.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO