• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Ərdoğanın sözçüsü: “Rusiya məzhəb döyüşünə daxil olub”

  • Dünya
  • 21 Oktyabr 2015 08:55
Ərdoğanın sözçüsü: “Rusiya məzhəb döyüşünə daxil olub”

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın islam dünyasını gözləyən böyük təhlükədən yazıb.

Publika.az xəbər verir ki, İbrahim Kalın “Daily Sabah” üçün qələmə aldığı yazısında şiə və sünni müsəlmanların bir yerdə yaşamağı bacarmayacağı halda radikal hərəkətlərin artacağını deyib.

“Suriyadan İraqa, Yəməndən Ukraynaya, Myanmada Şimali Koreyaya qədər olan coğrafiyada bir tərəfdən milli dövlətlərin böyük güclərlə, digər tərəfdən məzhəblərin etnik qruplarla qarşılaşdığı qlobal siyasətin şahidi oluruq. Sekulyar və dini məzhəbçilik, etnik və məzhəb siyasəti, milli dövlətlər ilə qlobal gücün rəqabəti bu yeni xaotik nizamın bir parçasıdır. Məkkədə baş verən qəza qorxunc idi. Bu hadisə Səudiyyə Ərəbistanı ilə İran arasında yeni qarşıdurma yaratdı. Bir başqa nümunə isə Rusiya, İran və “Hizbullah”ın müttəfiq olmasıdır. Burada qəribə olan Rusiyanın özünü bu aktyorlarla müttəfiq görməsidir. Bu qəribəlik Rusiyanın bir məzhəb döyüşünə girməsidir. İran, “Hizbullah” və kommunist Rusiya sekulyar və ələvi bir lideri qorumaq üçün birlikdə bir döyüşə giriblər”, - Türkiyə prezidentinin sözçüsü qeyd edib.

Onun sözlərinə görə, hazırda Suriya, İraq, Yəmən və Livandakı sünnilər özlərini təcrid edilmiş vəziyyətdə hiss edirlər.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR