Dünya
ABŞ İraqı hədələdi: “Əgər Rusiyadan kömək istəsən...”

İraq İŞİD terror qruplaşmasına qarşı əməliyyatların keçirilməsi üçün Rusiyadan kömək istəsə, ABŞ İraqa yardımı dayandıracaq”.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın baş naziri Haydar əl-İbadi ilə görüşü şərh edən ABŞ ordusunun qərargah rəislərinin birləşmiş komitəsinin sədri Cozef Danford bildirib.
“Mən baş nazirə bildirdim ki, İraq ərazisində hərbi əməliyyatlarda iştirak üçün Rusiyaya müraciət edərlərsə, ABŞ-ın İraqa yardımı çox çətin olacaq. ABŞ rusiyalılarla eyni vaxtda İraqda əməliyyat keçirə bilməyəcək”, - o deyib.
Cozef Danford etiraf edib ki, kömək üçün İraqın Rusiyaya mümkün müraciəti haqqında xəbərlər Vaşinqtonda narahatlıq yaradıb.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib ki, İraq rəhbərliyi İŞİD-ə qarşı əməliyyatlarda Rusiyanın iştirakı üçün müraciət edərsə, bu məsələ müzakirə oluna bilər.
Qeyd edək ki, Rusiya Suriyada İŞİD-ə qarşı əməliyyatlara məhz Dəməşqin müraciətindən sonra başlayıb. Bu baxımdan da Moskva Suriyadakı əməliyyatları beynəlxalq hüquqa uyğun hesab edir.
Ömər Dağlı

-
Dünya30 İyun 23:31
Zelenskidən Putinə məktub gətirdi: "Əməliyyatların tez bir zamanda..."
-
MDB30 İyun 22:48
Belarus bu ölkə vətəndaşları üçün viza rejimini LƏĞV ETDİ
-
Magazin130 İyun 22:00
Rəqsanənin qızı Aysunun toyundan son görüntülər - FOTO/ VİDEO
-
Sosial30 İyun 20:48
Vətən müharibəsi qazisinə toyunda mənzil hədiyyə edildi - VİDEO
-
Sosial30 İyun 20:36
Azərbaycanda boşanmalarla bağlı SON STATİSTİKA
-
Region30 İyun 20:00
Ərdoğan: "Sülhə yol açmaq üçün Putinlə daimi təmasdayam"
-
Dünya30 İyun 19:03
“Ukraynanın NATO-ya qəbulu mümkünə yaxın belə deyildi” - Conson
-
Nida Xəbər 30 İyun 18:45
İdxal olunan ətlərdən harada istifadə olunur?