Əsəd Moskvada Putinlə görüşdü – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Əsəd Moskvada Putinlə görüşdü – SON DƏQİQƏ

Suriya prezidenti Bəşər Əsəd dünən Moskvaya səfər edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Puskov bildirib.

Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Peskov Suriya liderinin işçi səfərlə Moskvaya dünən gecə gəldiyini deyib.

Danışıqlar həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilib. Peskovun sözlərinə görə, danışıqlarda Suriyada vəziyyət, terror qruplaşmaları ilə mübarizə və hərbi əməliyyatının davam etdirilməsi müzakirə olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm