Putin söz verdi, Əsəd təşəkkür etdi
Bizi izləyin

Dünya

Putin söz verdi, Əsəd təşəkkür etdi

Suriya prezidenti Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinlə görüşdə terrorçularla mübarizədə etdiyi köməyə görə Rusiya liderinə təşəkkür edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

“Hər şeydən əvvəl Rusiya rəhbərliyi və onun xalqına Suriyaya göstərdiyi köməyə görə böyük minnətdarlığımı bildirirəm. Onlar Suriyanın birliyi və müstəqilliyinin arxasında dayanıblar. Ən vacib odur ki, bütün bunlar beynəlxalq qanunvericilik çərçivəsində edilir”, - Əsəd deyib.

Suriya prezidentinin sözlərinə görə, böhranın başlanmasından bu yana Rusiya tərəfindən atılan addımlar Suriyada hadisələrin daha faciəli ssenari üzrə inkişafına imkan verməyib.

Rusiya prezidenti isə Əsədə problemin siyasi yolla nizama salınmasında kömək etməyə söz verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm