Əsəd Moskvaya hansı marşrutla uçub? - İDDİA
Bizi izləyin

Dünya

Əsəd Moskvaya hansı marşrutla uçub? - İDDİA

Xəbər verildiyi kimi, Suriya prezidenti Bəşər Əsəd dünən gecə Moskvaya səfər edib. Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Danışıqlar həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıqların kifayət qədər uzun sürdüyünü və mövzunun tamamilə aydın olduğunu deyib.

Onun sözlərinə görə, danışıqlarda Suriyadakı vəziyyət, terror qruplaşmaları ilə mübarizə və hərbi əməliyyatın davam etdirilməsi müzakirə olunub.

Suriya prezidentinin Moskvaya səfəri gözlənilməz olsa da, ekspertlər hesab edir ki, hansısa məxfi danışıqlardan danışmaq çətindir. Rusiyanın “Mill müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, format mövcud şərait üçün tamamilə təbiidir. O, Əsəd-Putin görüşündə heç bir məxfiliyin olmadığını dilə gətirib.

“Görünür, bağlı qapılar arxasında İŞİD-ə qarşı hərbi əməliyyatın davam etdirilməsi, mülayim müxalifət və rəsmi Dəməşq arasında siyasi dialoqun inkişaf etdirilməsi və əlbəttə ki, bu prosesdə Rusiyanın rolu müzakirə edilib. Normal təcrübədir ki, bu cür məsələlər açıq müzakirə olunmur”, - ekspert vurğulayıb.

Korotçenko həmçinin Bəşər Əsədin ehtimal edilən marşrutunu şərh edib: “Səfərin təhlükəsizliyini və Əsədin Dəməşqə müvəffəqiyyətli qayıdışını təmin etmək üçün xüsusi marşrut seçilməli idi".

Öz növbəsində istefada olan polkovnik, hərbi müşahidəçi Viktor Litovkin bildirib ki, Bəşər Əsədin Moskvaya səfərinin məxfi olması şərtinin Suriya tərəfindən qoyulması ehtimal edilir. Onun fikrincə, Əsəd Rusiya paytaxtına İraq-İran-Xəzər dənizi marşrutundan istifadə edərək gəlib.

Viktor Litovkinin sözlərinə görə, liderlərin görüşündən sonra Rusiya-Suriya birgə hərbi əməliyyatında prinsipial dəyişikliyin olacağını gözləmək lazım deyil. Litovkinin sözlərinə görə, Vladimir Putin və Bəşər Əsədin şəxsi görüşü telefonla danışmaqdan daha yaxşıdır: “Telefon söhbətini dinləyə bilərlər, amma üz-üzə görüş zamanı bunu etmək daha çətindir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm