İŞİD-i Putinə kim satdı? - Keçmiş prezidentdən ŞOK ETİRAF
Bizi izləyin

Dünya

İŞİD-i Putinə kim satdı? - Keçmiş prezidentdən ŞOK ETİRAF

Amerikanın keçmiş lideri Cimmi Karter İŞİD terror təşkilatının Suriyadakı mövqelərinin koordinatlarını Rusiyaya verib.

Publika.az “The Washington Free Beacon” nəşrinə istinadən xəbər verir ki, keçmiş prezident koordinatları Rusiyanın Vaşinqtondakı səfirliyinin nümayəndələrinə çatdırıb.

ABŞ-ın 39-cu prezidenti deyib ki, Suriya böhranının müzakirəsi üzrə bu ilin aprel ayında keçirilən görüşdə Rusiya lideri ona özünün elektron ünvanını verib.

“Mən cümə axşamı (ötən həftə - red.) Putinə məktub göndərdim və Suriyada İŞİD-in mövqelərinə daha dəqiq zərbələr vurmaq üçün xəritəni istəyib-istəmədiyini soruşdum. Cümə günü Rusiya səfirliyindən mənə zəng vurdular və dedilər ki, xəritəni almaq istəyirlər”, - Karter deyib.

Ötən həftə NBC News telekanalının efirində ABŞ-ın keçmiş prezidenti bildirib ki, əgər Rusiya İŞİD-in mövqelərinə aviazərbələr vurmasa, siz bunun Putinin deyil, mənim günahım olduğunu biləcəksiniz.

Lakin keçmiş prezidenti İŞİD-in Suriyadakı koordinatlarının olduğu xəritənin onun əlinə necə keçdiyini dəqiqləşdirməyib.

Barak Obama administrasiyası bir neçə dəfə bildirib ki, Rusiya Bəşər Əsədə hakimiyyətdə qalmasına kömək etdiyi müddətdə ABŞ Rusiya ilə əməkdaşlıq etməyəcək.

Qeyd edək ki, Cimmi Karter 1977-ci ildən 1981-ci ilə qədər ABŞ prezidenti postunu tutub. O, 2002-ci ildə Nobel sülh mükafatına layiq görülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm