Oktyabrın 28-də ABŞ Nümayəndələr Palatasına spiker seçiləcək
Bizi izləyin

Dünya

Oktyabrın 28-də ABŞ Nümayəndələr Palatasına spiker seçiləcək

Oktyabrın 21-də ABŞ Nümayəndələr Palatasının spikeri Con Beyner xələfinin seçiləcəyi rəsmi tarixi elan edib. O bildirib ki, səsvermə oktyabrın 28-də olacaq.

Azərtac xəbər verir ki, indiyədək spiker vəzifəsinə üç namizəd müəyyən edilib. Bunlar Respublikaçılar Partiyasının Texasdan və Floridadan olan konqresmenləri Bill Flores və Daniel Vebster, habelə ABŞ Nümayəndələr Palatasında azlığın lideri və Kaliforniyadan palatanın sabiq spikeri Nensi Pelosidir.

Kaliforniyadan olan konqresmen Kevin MakKarti və Viskonsin ştatından konqresmen, habelə 2012-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından vitse-prezident postuna namizəd olmuş Pol Rayan respublikaçılar arasında ən çox dəstəklənən namizədlərdir.

İndiki spiker Con Beyner ABŞ Konqresi Aşağı Palatasının spikeri postundan və konqresmen vəzifəsindən getmək barədə qərarını sentyabrın 25-də Respublikaçılar Partiyasının nümayəndələri arasında “hökumətin 2013-cü ildə işini müvəqqəti dayandırması” halının təkrarlanmaması üçünə hökumət proqramlarının maliyyələşdirilməsi məsələsində çoxsaylı fikir ayrılığı yarandıqdan sonra verib.

ABŞ Nümayəndələr Palatasının rəhbəri olmaq üçün namizəd 435 səsdən ən azı 218-ni toplamalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm