Prezidentliyə namizəddən qalmaqallı açıqlama: “Məscidləri bağlaya bilərik”
Bizi izləyin

Dünya

Prezidentliyə namizəddən qalmaqallı açıqlama: “Məscidləri bağlaya bilərik”

ABŞ-da Respublikaçılar Partiyasının daxilində prezidentliyə namizədlik yarışına liderlik edən milyarder Donald Tramp seçicilərinə müsəlmanlarla bağlı vəd verib.

Publika.az xəbər verir ki, “Fox Business Network” telekanalına danışan Trampın sonuncu hədəfi ölkəsindəki müsəlman cəmiyyəti olub.

Bundan əvvəlki seçki kampaniyasının gedişatında ABŞ-dakı meksikalılar və digər ölkələrdən gələn miqrantlarla bağlı nifrət dolu ifadələr işlədən prezidentliyə namizəd ölkədəki bəzi məscidləri bağlayacağını bildirib.

Proqramın aparıcısı Cim Varney İngiltərənin İŞİD-in sıralarında döyüşmək üçün gedən vətəndaşlarının pasportlarını ləğv edəcəyini və bundan başqa bəzi məscidlərin bağlanması ilə bağlı qanun layihəsinin gündəmə gəldiyini xatırladıb. Aparıcı Trampdan prezident seçiləcəyi halda məscidlər mövzusunda hansı addımlar atacağını soruşub.

“Qəti şəkildə məscidləri bağlayardım. Bunun doğru qərar olduğuna inanıram”, - milyarder cavab verib.

Prezidentliyə namizədin bu açıqlamasına cavab gecikməyib. Amerika İslam Əlaqələri Şurasının (CAIR) sözçüsü İbrahim Hooper bildirib ki, prezidentliyə namizədin ABŞ Konstitusiyasının tələblərini pozacağını açıqlaması yaxşı hal deyil.

Ərəb-Amerika Birliyinin rəhbəri Linda Sarsur isə Trampın açıqlamasını “təhlükəli” adlandırıb.

Daha əvvəl isə Respublikaçılar Partiyasının prezidentliyə namizədlərindən olan Ben Karson müsəlman olan birinin ABŞ prezidenti olmasına qarşı çıxdığını bildirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm