ABŞ-ın atom təyyarədaşıyan gəmisi yanıb
Bizi izləyin

Dünya

ABŞ-ın atom təyyarədaşıyan gəmisi yanıb

ABŞ Hərbi-Dəniz Qüvvələrinin Yaponiyadakı “Ronald Reyqan” (USS Ronald Reagan) atom təyyarədaşıyan gəmisində yanğın baş verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, yanğın ABŞ-ın Yaponiyadakı “Yokosuka” hərbi-dəniz bazasında olub.

Yanğının səbəbi gəminin anbarlarından birindəki qısaqapanma olub. Yanğın təyyarədaşıyanın heyəti tərəfindən söndürülüb. Hadisə nəticəsində heç kim zərər çəkməyib.

Məlumata görə, hadisə Yaponiyanın baş naziri Sindzo Abenin gəmiyə planlaşdırdığı səfərdən iki saat əvvəl baş verib.

Qeyd edək ki, “Ronald Reyqan” 2003-cü ildə ABŞ Hərbi-Dəniz Qüvvələrinin tərkibinə qəbul edilib. “Ronald Reyqan” dünyada ən böyük hərbi gəmilərdən biri hesab edilir. O, 90 təyyarə və vertolyot daşıya bilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm