MOSSAD Ermənistanda xüsusi əməliyyat keçirdi
Bizi izləyin

Dünya

MOSSAD Ermənistanda xüsusi əməliyyat keçirdi

Oktyabr 22-də gecə saatlarında İsrail kəşfiyyatı (MOSSAD) Ermənistanda xüsusi əməliyyat həyata keçirib.

Publika.az İsrail mediasına istinadən xəbər verir ki, əməliyyat nəticəsində Ermənistanda saxlanılan İsrail Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu Arik Martoyan təxliyyə edilib.

Arik Martoyan 15 il əvvəl ailə ilə birlikdə İsrailə köçüb. Ailəsi İsrailə köçən kimi Ermənistan vətəndaşlığından imtina edib. 21 yaşlı gənc İsrail ordusunda iki ildir xidmət edir. Onun dostlarının söylədiyinə görə, Martoyan İsraildə “xüsusi xidmət”də çalışır. Onun Ermənistanda işini çətinləşdirən də elə bu olub.

O, iki ay əvvəl qohumlarını görmək üçün bir həftəlik Ermənistana gəlib. Lakin Martoyanın İsrailə qayıtmasına icazə verilməyib. Ermənistan hakimiyyəti iddia edib ki, o, Ermənistan vətəndaşıdır. İrəvan Martoyanın Ermənistan ordusunda xidmət etməli olduğunu bildirib. Lakin Martoyan Ermənistan vətəndaşlığından çoxdan imtina etdiyini deyib.

Martoyan saxlanılmasından sonra İsrail səfirliyinə kömək üçün müraciət edib, amma səfirlik onu azad etməyə müvəffəq ola bilməyib. Ermənistanda İsrailin səfiri Şmuel Meromun diplomatik cəhdləri nəticəsiz qalıb. Bundan başqa İsrail-Ermənistan Dostluq Assosiasiyasının rəhbəri Tali Ploskov da Martoyanın sərbəst buraxılmasına çalışıb. Amma onun cəhdləri də nəticə verməyib.

Bundan sonra onun dostları sosial şəbəkələrdə etiraz kampaniyasına başlayıblar. İsrailin Xarici İşlər Nazirliyi və ordu strukturları problemin həlli ilə məşğul olmağa çalışıb. Lakin İsrail xüsusi xidmət orqanları çox gözləməyə ehtiyac görməyiblər və xüsusi əməliyyat keçirərək vətəndaşını Təl-Əvivə aparıblar.

Əməliyyatın təfərrüatları haqqında məlumat verilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm