Rusiya Suriyada gündəlik 4 milyon dollar itirir
Bizi izləyin

Dünya

Rusiya Suriyada gündəlik 4 milyon dollar itirir

Rusiyanın Suriyada həyata keçirdiyi hava əməliyyatlarının gündəlik xərci 4 milyon dollardır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İngiltərənin IHS analitik mərkəzinin məlumatında deyilir.

Mərkəzin hesablamalarına görə, hava əməliyyatlarının başlandığı 30 sentyabr tarixindən indiyə kimi Rusiya 80-115 milyon dollar pul xərcləyib. Rusiyanın 3,1 trilyon rubl (50 milyard dollar) olan hərbi büdcəsi ilə müqayisədə bu rəqəm olduqca kiçik görünə bilər. Ancaq analitiklərə görə, Suriyadakı qarşıdurma illərlə davam edə və bu halda Rusiyanın itkiləri də ciddi şəkildə arta bilər.

Analitik mərkəzin məlumatına görə, hazırda Rusiya qırıcılarının hava hücumları gündəlik 1,5 milyon dollara başa gəlir. Bunun təxminən yarısı atılan bombalara çəkilən xərcdir.

Suriyadakı Rusiya birliklərin gündəlik xərci isə təxminən 440 min dollardır. Aralıq dənizindəki Rusiya gəmilərin gündəlik xərci isə 200 min dollardır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm