Rusiyalı milyarder malikanəsinin divarlarına 50 televizor asıb
Bizi izləyin

Dünya

Rusiyalı milyarder malikanəsinin divarlarına 50 televizor asıb

Rusiyalı milyarder, internet layihələrinin sərmayəçisi Yuri Milner sənət əsərlərini deyil, “Kepler” teleskopundan alınan məlumatların əks olunacağı televizorları üstün tutur.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Milner bu yaxınlarda aldığı 100 milyon dollarlıq malikanənin divarlarını müasir texnoloji nailiyyətlərlə bəzəyib. Əvvəllər rəsm əsərlərinin yerləşdiyi divarlarda hazırda yastı ekranlı 50 iri televizor asılıb. Milnerin məqsədi bu televizorların ekranına NASA-nın “Kepler” teleskopundan gələn siqnalları ötürməkdir.

Texnoloji kompaniyalara yatırdığı investisiya hesabına 3,2 milyard dollar qazanan Milnerin Yerdənkənar sivilizasiyaların axtarışına 100 milyon dollar yatırmaq niyyətində olduğu barədə də xəbərlər yayılıb. Bu işdə onun tərəfdaşı əvvəllər belə cəhdlərə skeptik yanaşan fizik Stiven Hokinq olacaq.

Yuri Milner Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirib. Bir müddət Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib və 1990-cı illərin əvvəllərində biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb. O həmçinin “Mail.ru Group” və “DST Global” şirkətlərinin təsisçisidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm